30.04.2024, 05:56
AZ EN
21.01.2024, 12:02 215

Füzuliyə köçürülən bir qrup şəxsə avadanlıqlar təqdim olunub

QARABAĞ
  • Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, avadanlıqlar avtoşinlərin təmiri xidmətləri, avtoyuma xidmətləri, kişi bərbəri, kiçik dərzi sexi, qadın gözəllik salonu, dönərxana və un məmulatları istehsalı zərflərini əhatə edib.

Proqram iştirakçılarına qeyd edilən istiqamətlər üzrə öz işlərini qurmaları üçün bütün zəruri avadanlıqlar təqdim edilib.

Bununla da Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 36-ya çatıb.

Ümumilikdə indiyədək işğaldan azad olunan ərazilərə köçürülən 1315 vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər