Məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, toplantıda İraqın şimalında terror ünsürlərinin məhv edilməsi istiqamətində antiterror əməliyyatının davam etməsi, Suriyanın şimalında PKK/YPG terror qruplaşmasının qanunsuz seçkilərə hazırlıqlara qarşı görüləcək tədbirlər və onun bölgədə işğal etdiyi yerlərdə özünü legitimləşdirmə cəhdləri müzakirə olunacaq. Fələstin-İsrail müharibəsi, Fələstini tanıyan dövlətlərin sayının artmasına hazırlıq kimi məsələlərdən də bəhs ediləcək.
Şuranın iclasında digər regional və beynəlxalq məsələlər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, İranda baş verənlər və Yunanıstanla münasibətlər də müzakirə olunacaq. (Report)