Qərbi Azərbaycan – böyük bir ərazi, böyük bir coğrafiya və böyük bir elm deməkdir. Hər bir elmin, coğrafiyanın əsas vəsiqəsi onun yaratdığı maddi, mədəniyyət abidələridir. Xalça bu mənada ən əvəzolunmaz bir vasitədir. Çünki xalçalarda həm kodlar, həm məlumatlar, həm də informasiyalar gizlənir. Bütün dünyada da kimin nə iddia etməsindən asılı olmayaraq ən həvəskar insan da bilir ki, Türkbab nədir və onu kim oxuya bilər. Verilişdə Türkbab üsulu ilə toxunan xalçalardan, ilmələrdən, palazlardan, kilimlərdən Qərbi Azərbaycan ilmələrindən danışılıb. Bu bizim tarixi haqqımızdır.
Qərbi Azərbaycanın Zəngəzur bölgəsində yerləşən Ağdu kəndi ən qədim yaşayış məskənlərindən birdir. Bu ərazidə tapılan insan sümükləri, mağarada olan daş abidələr hələ çox qədim türk inanclarına gedən nümunələrdir. Bütün bu nümunələrin izləri xalçalarda da var. Bu tədim türk yaddaşının ilmələrə köçürülən bir hissəsidir və bu yaddaş illərdir yaşayır, bu gün də toxunur, bu informasiya, bu məlumat bu gün də yaşadılır. Zəngəzurun ən gözəl bölgələrindən biri Qarakilsə bölgəsinin Azərbaycan türklərinin tarixən yaşadığı bir kənddi. Bu kəndin adı ilə bağlı çox çiddi manipuliasiyalar oldu. Erməniləşdirmək üçün hər bir şeyə əl atdılar. Amma tarix özü danışır. Ağdü Ağutu, Ağdu, yəni bizim dediyimiz uti tayfalarının adıdır. Buda olan bütün izlər, qəbirüstü abidələr və ondan da əvvəl inanclar qədim türklərin birbaşa inancı ilə bağlıdır. Burada saxtakarlıq işə yaramır. Bu saxtakarlığa ən yaxşı cavab elə ilmələrdir. İlmələrdə, naxışlarda gizlənən kodlar kimliyini, bu ərazinin kimə məxsus olduğunu dəqiq göstərir.
Keçmiş xalçaçı Səmayə Əliyeva deyir ki, Ağdü çox qəşəng kənd idi. Dağların arasında, çökəklikdə yerləşirdi, Qızılqaya, Yantəpə deyirdik. Ətrafda çoxlu dağlar var idi, aşağıda biz yaşayırdıq, yuxarıda qayalar üstümüzə gəlirdi. Qızılqayanın dib tərəflərində səngər düzəltmişdilər. Camaat gedib orda mal-qara saxlayırmış. Qaçqınlıq dövründə gedib orda gizlənirmişlər, yaşayırmışlar. Bir tərəfində də Qaranlıq kaha vardı, orda da min qoyun yatırmış. Min qoyunu aparıb orda saxlayırmışlar. O biri tərəfində isə Yövşandüzlüyü deyilən yer vardı, ora açıqlıq idi, o da təpə idi. Yamac dediyimiz tərəfdə saat 4-dən oyanıb qoyunları o yamacla aparırdıq. Yeddinavllı deyilən yerlə gedirdik Kəfşənlərə, Ağdünün kəndləri idi. Dərədən yuxarı dağların başına gedib çıxırdıq. Dağlarında, düzlərdə evlər tikmişdilər. O yamaclarda, bağın içində idi. Çox mənzərəli yer idi. Saf sulu bulaqlar vardı: Arzu bulağı, Əlmərdan bulağı vardı. Ordan küpələr çıxırdı. Qablar çıxırdı. Bir dəfə isə bir küpədən pendir də çıxmışdı. Bir qəbir daşı çıxarmışdılar, dedilər qız uşağıdı 15 yaşında. Dedilər yanına pendir, su qoyub onu daşla qapatmışdılar. Qızın məzarını bütün daşla düzəltmişdilər.
Zəngəzur həm də qanlı hadisələri ilə yadda qalıb. Bir çox tarixçilərin əsərlərində biz bununla bağlı kifayət qədər məlumatlar əldə etmişik, oxuyuruq. 1905, 1918-20-ci illərdə Zəngəzurda baş verən hadisələr sözün əsl mənasında qanlı tarixdir. Bu qanlı tarixdə bizim soykökümüzü, tariximizi, mədəniyyətimizi yox eləmək istədilər, amma bacarmadılar. Heç indi də bacarmayacaqlar. Çünki bu xalqın böyük bir yaddaşı və böyük bir mübarizəsi var. Bu mübarizə bu gün də yaşayır. Zəngəzura, Ağdüyə qayıtmaq eşqi ilə. Qayıtmaq ruhu hər bir ağüdülünün ürəyində yaşayır. Səmayə nənə əlavə edir ki, Əyyub Abbasov vardı, bizə gəlirdi maraqlı söhbərlər edirdi, biz də uşaq idik, onun söhbətlərini dinləyirdik. O, deyirdi ki, orda nə qədər qoçaq qızlar, qadınlar olub. Bir qoça nənə olub, Gülüstan adında. O görüb ki, ermənilər müsəlmanın qanın içir, döyüb öldürürlər. Gülüstan nənə gecə gedib ermənini ürəyini yarıb çıxarıb suya verəndən sonra ermənilər qırğını dayandırıblar. Əyyub Abbasov bütün bu olanları “Zəngəzur” adlı kitabında qeyd edib.
Ağdüdə toxunmuş xalçalar, orda yaradılan çeşnilər həmin insanların əsas yaddaşından ötürülən informasiyadır. Bu xalçaların hər birində hansı tayfaya məxsus olması, nə ilə məşğul olması gizli kodlarla burada əks olunub. Burdakı elementlər, istər damğalar, istər səkkiz guşəli ulduzlar, istər qarmaqlar, bütün bunlar həm məşğuliyyəti, həm mifoloji inancları, əsas kimlyini sübut eləyən vəsiqədir. Bunu heç cür saxtalaşdırmaq olmaz. Əksər xalçaların üzərində hətta ərəb əlifbası ilə toxunma tarixi də var. Canlı insan, toxunma tarixi və kimə məxsus olduğu da bəllidir. Ən maraqlı cəhətlərdən biri bundan ibarətdir ki, qədim türk inancından süzülüb gələn bu naxışlar, bu ilmələrdə gizlənən simvollar, simantik hərf heç bir şey toxuna bilmədi. Nə zərtüştlük, nə islam, nə sovet rejimi, nə də erməni təzyiqi bu naxışları dəyişdirə bilmədi. Çünki bu naxışlar əslində bütöv bir xalqı, bütöv bir tayfanın əsas vəsiqəsi idi. Bu ənənə ağdülülər arasında indi də yaşayır, evlərdə qorunur. Bu yun xovlu xalça Ağdüdə toxunub. Yuxarı hissədə Hicri 1327 tarixi qeyd olunub. Qırmızı yerlikli xalçanın əsas bəzəyinin sahəyə yerləşdirilmiş böyüük ölçülü göl təşkil eləyir, ağ, ikisi isə sürməyi yerliklidir, qarmaqlı şəkkiz guşləi uluduz, altı ləçəkli gül, s bənzər element, gözqaytarıcı motivlər var. Dörd ünsür qazayaqlı və medalyonlar normativləri xalçanın sakral mənasını daha da dərin edir. Bir ailəni işarə edən xalçada gölələrin sayı, əsas kökü, nəsli işarə edir. Üzərində olan motivlər onların yaşam tərzini, inancını, dalğalar isə hansı tayfaya mənsub olduğunu göstərir. Müxtəlif tayfalara görə damğaların təsviri və medalyonlarda olan motivlər dəyişir. Bu xalça evi bədnəzərdən, qaranlıq əməllərdən qoruyan,onun bərəkətinin hardan gəldiyini əks etdirən bir tablodur. Sakral mənası daha dərin qədim dünya görüşünə söykənir.Özüylə min illərin türk tayfalarının Ağdü, Zəngəzur elinin yaddaşını qoruyub saxlayır...
Hazırladı: Tahirə AĞAMİRZƏ