21.11.2024, 21:23
AZ EN
15.08.2022, 10:50 334

Füzuli rayonunun Gorazıllı kəndi

QARABAĞ
  • Füzuli rayonunun Gorazıllı kəndi dağətəyi ərazidə yerləşir. Kəndin tarixi XVIII-XIX əsrlərə gedib çıxır.

Əhalisi əsasən üzümçülüklə məşğul olub. Sovet dövründə burada “Qafqaz” üzümçülük sovxozu fəaliyyət göstərib.

Gorazıllı kəndi 1993-cü il iyulun 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da kəndi işğaldan azad edib.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Gorazıllı kəndinin görüntülərini təqdim edir.

Oxşar xəbərlər