Böyük Qaladərəsi kəndi Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzindən 39 km cənub-qərbdə yerləşir. Keçmiş adı Köhnəkənd olan bu kəndin adı Sovet hakimiyyəti illərində Kirov, Metsqaladərəsi olmuşdur. Azərbaycan Respublikası Milli Meclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şuşa rayonunun Metsqaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılmışdır. Oykonim "Qala (Şuşa) dərəsindəki böyük kənd" mənasını ifadə edir. 1728-ci ildə İrandan köçürülmüş ermənilər orada məskunlaşdıqdan sonra iki Qaladərəsi kəndi yaranmışdır: Metsqaladərəsi və Pokr (kiçik) Qaladərəsi. Qala sözü şumer dilində eqan "bərkidilmiş, yaxud hasarlanmış yer" sözündəndir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Burada orta məktəb, musiqi məktəbi, mədəniyyət evi fəaliyyət göstərmişdir.
İsa Musayev