21.11.2024, 23:03
AZ EN
04.06.2023, 11:19 291

Xocalı rayonu, Aranzəmin kəndi

QARABAĞ

Aranzəmin kəndi Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsindədir. Qədim türk dillərində şen "tikilmiş, qaynar həyat, becərilən yer" mənasındadır. Gürcüstanda orta əsrlərdə əhalisi azərbaycanlılardan ibarət bir sıra kəndlərin adında da "şen" sözü vardır. İqlimi mülayim isti olan Aranzəmin kəndinin dörd bir tərəfi meşəlik və əkin yerlərindən ibarətdir. Bu meşələrdə nadir ağaclar vardır. 1987-ci ildə aparılan qazıntı işləri zamanı qədim saxsı qablar aşkar edilmişdir. Kəndin digər adı Vardaşındır. Vardaşın kəndinin ilk sakinləri xristian dinli, lakin erməni qriqoryan kilsəsinə tabe albanların yaşayış məntəqəsi kimi təşəkkül tapmışdır. XVIII əsrdə bu bir neçə Yuxarı Qarabağ kəndini Şirvli xanı Mustafa xan öz xanlığına köçürmüş və indiki Oğuz (Vartaşen) rayonu ərazisində Vartaşın kəndini salmışdır.

İsa Musayev

Oxşar xəbərlər