18.04.2025, 19:35
AZ EN
20.04.2023, 10:31 503

Ağdam rayonu, Böyükbəyli kəndi

QARABAĞ

Azərbaycan Respublikası Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsinə daxil olan Böyükbəyli kəndi Qarabağ düzündə yerləşir. Kəndin adı Tərəkəmə olan Böyükbəyin adından götürülmüşdür. XIX əsrin sonlarında Üçoğlan kənd icmasına mənsub bir qrup tərəkəmə elat öz bəylərinin adları ilə Tərəkəmə Abdulbəy, Tərəkəmə Böyükbəy, Tərəkəmə Mirzəbəy və Tərəkəmə İmamqulubəy adlanırdı. Sonralar toponimin tərkibindən tərəkəmə sözü düşmüş, kənd bəyin adı ilə Böyükbəyli adlandırılmışdır.

İsa Musayev

Oxşar xəbərlər