Erməni milli kimliyinin mədəniyyət elementi kimi hansı heykəltəraşlıq əsərindən bu qədər fəal istifadə olunur? Halbuki “Biz öz dağlarımızıq” - Azərbaycan Sovet Sosialist Respublikasına məxsus mədəni irs nümunəsidir. Abidə 1967-ci ildə respublika büdcəsindən ayrılan vəsait hesabına ucaldılıb və ... Qarabağın uzunömürlülərinə həsr olunub.
Qonşularımız abidənin ideyasına millətçi bir məna verməyə çalışsalar da, onun əsl məqsədinə dair danılmaz sübutlar var. Belə ki, “Pravda” qəzetinin 31.12.1976-cı il tarixli, 365 nömrəli nömrəsində “Biz öz dağlarımızıq” memarlıq obyekti haqqında yazılır: "Abidə dünyada uzunömürlülərin şərəfinə ucaldılmış ilk abidədir".
Bu, Ş.M.Mkrtçyanın 1988-ci ildə nəşr olunmuş “Dağlıq Qarabağın tarixi-memarlıq abidələri” kitabında da təsdiqlənir.
Amma ən gülməlisi o da deyil. Abidənin açılışı 1817-ci ildə Qarabağ xanlığında anadan olmuş ən məşhur qarabağlı uzunömürlü Şirin Həsənovun 150 illik yubileyinə həsr olunub.
Hə, bir məqam da var...
Heykəlin müəllifi erməni Sarkis İvanoviç Baqdasaryandır. O da Azərbaycanda doğulub boya-başa çatıb.
Şirin Həsənovun yaşadığı Çərəkəndən 7 km aralıda yerləşən Banadzor kəndindəndir.
Başa düşürsünüz də niyə uzunömürlüyə abidə ucaltmaq Sərkis İvanoviçə tapşırılıb.
Bir az da müasir zamandan danışaq.
Adamda belə təəssürat yarana bilər ki, Azərbaycan öz mədəni irsindən imtina edibi. Amma bu heç də belə deyil.
Sadəcə, nəyinsə bizə məxsus olduğuna kimisə inandırmaqdan daha vacib işlərimiz var.
Azərbaycan abidələrinin erməni sikkələrində və ya hansısa həvəskar gerblərdə olmasına biz normal yanaşırıq - axı, bu da sovet dövrü Azərbaycan mədəniyyətinin təbliğidir.
Amma məsələ bizim olanı başqasının mənimsəməsi kimi aşkar bir məqsədlə beynəlxalq səviyyəyə çıxanda, biz qəti sözümüzü deyirik. 2009-cu ildə Avroviziya mahnı yarışmasında Ermənistandan olan iştirakçının təqdimat videosunda simvollardan biri kimi “Biz öz dağlarımızıq” abidəsi nümayiş etdirilirdi. Təbii ki, Azərbaycan dərhal inadını bildirdi və bu irad qəbul edildi, görüntü videodan silindi...
(Məlumat "Rusiya azərbatcanlıları informasiya klubu" FB səhifəsindən tərcümə edilib).