Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına görə ən geci XIV əsrə aid edilir. Birnefli bazilika formasında olan kilsə müxtəlif tipli yonulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Kilsənin uzunluğu 15,75 m, eni isə 7,1 metrə bərabərdir. Kilsə ətrafındakı böyük orta əsrlər qəbiristanlığında məzar daşlarının hamısı baxışlar və məişət səhnələri ilə bəzədilmişdir. Təsviri məzar daşlarında ovçuluq, əkinçilik, döyüş səhnələrini görmək mümkündür. Kilsədən şimalda, qəbiristanlıq ərazisində 1735-ci ildə ziyarətçilərin dincəlməsi üçün inşa edilmiş tikilinin xarabalıqları vardır.
İsa Musayev