AZƏRTAC İnformasiya Agentliyi işğal dövründə erməni vandalizminə məruz qalmış Məmməddərə kəndinin görüntülərini təqdim edir. Kənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Məmməddərə kəndi 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
Xocavənd rayonunun Məmməddərə kəndi Qarabağ silsiləsində yerləşir.
Məmməddərə kəndində 1147-ci ilə aid Alban məbədi olub. Kənd işğal dövründə erməni vandalizminə məruz qalıb.