06.07.2025, 19:14
AZ EN
15.06.2023, 08:00 295

Ağdam rayonu, Evoğlu kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində olan Evoğlu kəndinin əsl adı İvəoğludur. Səlcuq oğuzlarının İvə tayfasının adından və "oğlu, övladı" sözündən əmələ gəlmişdir. İvəoğlu Qarabağda Kəngərlərin Qaraxanbəyli tayfasının qollarından biri idi. Kənd İbrahim xanın bacısı Gövhər ağaya mənsub 14 ailənin məskunlaşmasından yaranmışdır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Kənddə uşaq bağçası, ambulator xəstəxanası, mədəniyyət evi, tam orta məktəb fəaliyyət göstərmişdir.

İsa Musayev

Oxşar xəbərlər