Qullar kənd adı mənşəcə qədim türkmənşəli peçeneq-lərin Kul tayfasının adını əks etdirir. Mənbələrdə qeyd olunur ki, Əsgəran rayonu Şuşukənd kəndi ərazisində təpə adı, Cəbrayıl rayonu Horovlu kəndi ərazisində Hacılı kəndi yaxınlığında, Lerik rayonu Qosmalyan kəndi ərazisində farmaş tapı, Şəki rayonunda Güllütap və b. tap (təpə) və Cəbrayıl rayonu Gözərçin Veysəlli kəndi ərazisində Keçəl Məmmədli təpə adları ilə mənaca eynidir. Ona görə də erməni tədqiqatçılarının Azərbaycan dilində tap sözünün ermənicə olması fikri tam səhvdir.
Qullar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çevirmişlər.
Kənd noyabrın 20-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ