23.06.2025, 10:39
AZ EN
31.05.2023, 11:19 451

Xocalı rayonu, Şuşikənd kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd//Şuşakənd kəndi Qarabağ silsiləsində yerləşir. Tədqiqatçılar bildirirlər ki, oykonim eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların mərkəzi şəhərinin şoşu adlandığını yazmışdır.  Ehtimal olunur ki, hunlar dondarları özlərinə tabe etdirərək birlikdə Azərbaycana gəlmişlər. Onlar məskunlaşdıqları bəzi yaşayış məntəqələrinə şoşu adını vermişlər. 1727-ci ilə aid mənbədə Qarabağ düzündə (Ağcabədi rayonunda) Şuşi, Zəngəzurun Çulundur mahalında Şoşu, Qarabağın yuxarı hissəsində Şuşaluqışlaq, XIX əsrdə Şimali Qafqazda Şuşi, Şuşanova və Şuşanay adlı kəndlər vardı.

İsa Musayev

Oxşar xəbərlər