30.12.2024, 21:46
AZ EN
26.04.2024, 08:13 309

Füzuli rayonu, Şıxılı kəndi

QARABAĞ
  • Füzuli rayonunun inzibati ərazi vahidində olan Şıxlı kəndi Hacılı obasına aid olan yaşayış məskənlərindəndir. Dağətəyi ərazidə yerləşir. 1823-cü ildə Cavanşir qəzasının Yağləvənd, Gecəgözlü, Seyidəhmədli ərazilərinə bağlı olan ailələr tərəfindən salınıb. 1842-ci ildə kənd 15 evdən ibarət olub.1848-ci ildə kəndə 19 ailə yaşayıb. 1863-cü ildə evlərin sayı 21 olub. 1886-cı ildə kənddə 27 ev qeydə alınmışdı.

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı və maldarlıq olub.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə erməni vandalları kəndi darmadağın etmişlər.

Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər