21.11.2024, 23:56
AZ EN
20.11.2022, 14:00 351

Sabit Əzimov: “Bu gün qürurla deyirik ki, Ağdam azaddır!”

QARABAĞ
  • Ağdam rayonun işğal altındakı ərazilərinin azad edilməsinin 2-ci ildönümü ilə əlaqədar ölkəmizin rusdilli CBS telekanalı “Ağdam – ağ evlər şəhərinin kabusu” adlı 15 dəqiqəlik videosüjet hazırlayıb və tamaşaçılara təqdim edib.

Ağdamın işğaldan əvvəlki abad vəziyyətinin təsviri ilə başlanan süjetdə onun vaxtilə respublikamızın inkişaf etmiş bölgələrindən olduğu bildirilir. İşğal dövründə ermənilər burada vəhşiliklər törətdib, şəhəri xarabalığa çeviriblər. Bir sıra xarici ekspertlər tərəfindən Ağdam “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırılıb. Süjetdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu barədə çıxışından fraqment verlib.

Süjetdə Ağdamın tarixindən, onun sovet dövründəki nailiyyətlərindən, işğala məruz qalması nəticəsində yerli əhalinin üzləşdiyi çətinliklərdən, ermənilərin şəhəri darmadığın etməsindən danışılır. Rayon sakini Sabit Əzimovun bütün bunlar barədə söhbətinə süjetdə geniş yer verilib.

Ağdamın işğal altındakı əraziləri 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində bir güllə atılmadan 20 noyabr 2022-ci ildə azad edilib. Süjetdə bu münasibətlə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təbikindən bir parça səsləndirilib. Dövlətimizin başçısı Qələbədən bir müddət sonra Ağdamda üçrəngli bayrağımızı qaldırıb. Həmin vaxtdan rayonda bərpa-quruculuq işlərinə başlanılıb və hazırda bu sahədə işlər sürətlə davam etdirilir. Ölkə rəhbəri rayonun dirçəldilməsi və inkişafı üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.

“Uzun illər biz Ağdamdan uzaqda, onun həsrəti ilə yaşamışıq. Ora bizim üçün müqəddəs yerdir. Hər zaman ürəyimizdə olub. Bu gün qürurla deyirik ki, Ağdam azaddır,” – deyən Sabit Əzimov həmyerlilərinin doğma yurda qayıtmağa  hazır olduqlarını bildirib.

https://www.youtube.com/watch?v=M3YJPy5h8cI

Oxşar xəbərlər