2022-ci ilin mart ayının sonunda keçirilən xüsusi əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülən Xocalı rayonunun Fərrux yaşayış məntəqəsi və bir sıra ətraf strateji yüksəklik Xaçın su anbarının önündəki düzəngahlıqda yerləşən Qutlu Musa türbəsi şərti təmas xətti zonasından bir qədər uzaqlaşdırmış oldu. Bununla da 700 ildən çox yaşı olan təkrarolunmaz tarixi abidəyə təhlükəsiz şəraitdə yaxınlaşmaq imkanı yarandı.
Mənbələrdə qeyd olunur ki, Qutlu Musa türbəsi 1314-cü ildə tikilib və Elxanilər dövrünə aid oluna bilər. Türbənin girişinin üstündəki kitabədə qeyd olunub ki, 10314-cü ildə usta Şahbənzər tərəfindən ucaldılmışdır.
Qutlu və ya Sarı Musa türbəsinin unikallığı abidənin zahiri merimetri üzərində təsvir edilən zomord və həndəsi nişanlarının təkrarlanmaması hər bir divarda əks olunan elementin müstəqil, amma konsepsiya olaraq ümumi ahəng yaratmasındadır. Ağdamın məşhur ağ mişar daşından hazırlanan Qutlu Musa türbəsinin zahiri elementlərindən bir qismi rənglənmiş olsa da, interyeri boyasızdır. Buna baxmayaraq, türbənin daxilindəki stalaktiv tavan onun əzəmətini bir daha təkrarlamış olur. Türbənin zahiri tərtibatında müxtəlif, o cümlədən fantastik heyvan rəsmlərinə rast gəlinir. Onun zahiri tərtibatı müxtəlif qəliz, stalaktiklərdən ibarətdir. Bu isə artıq ənənəvi Azərbaycan arxitekturasına xas olan bir elementdir.
Aran və Qarabağmemarlıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən türbə Azərbaycanın o cağındakı Xaçın vilayətinin nüfuzlu şəxslərindən olmuş Qutlu Xacə Musa oğlunun məzarı üzərində ucaldılmış və ziyarətgaha çevrilmişdir. Bir qədər sonra onun yaxınlığında axan Xaçın çay və türbə sözlərini özündə əks etdirən Xaçın türbəli müasir toponim deyimlərində isə Xaçındərbəndli kəndi salınmışdır. 1993-cü ildə kənd erməni terrorçuları tərəfindən işğal olunaraq yerlə bir edilmiş, türbənin ətrafında salınan qədim qəbiristanlıq isə minalanmışdır. İşğal dövründə baxımsız qalan tarixi abidə restavrasiya dövrünü gözləyir və tam əminliklə söyləmək olar ki, Qutlu Musa türbəsi Ağdamın daha bir vizit kartına, turizm marşrutu üzərindəki vacib dayanacağa çevrilə bilər.
Hazırladı: Tahirə AĞAMİRZƏ