23.06.2025, 21:35
AZ EN
09.06.2023, 08:39 349

Xocalı rayonu, Fərrux kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində olan Fərrux kəndi dağətəyi ərazidə yerləşir. Kəndin əsasını Fərrux adlı şəxs qoyduğu üçün belə adlandırılması ehtimal olunur. Bu yaşayış məntəqəsinin yaxınlığında Farux gölü, Farux yeri adlı obyektlər qeydə alınmışdır. 1988-ci ildə Qarabağ hadisələri başlayanda Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları və muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 27 mart 2022-ci ildə verilən rəsmi məlumata görə Fərrux kəndi 26 mart tarixində Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Bununla yanaşı ətrafdakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb.

İsa Musayev

Oxşar xəbərlər