Azərbaycan Respublikasının Füzuli rayonunun Qaradağlı kəndi çaylaq ərazidə yerləşir. Buna görə də 1930-cu ilədək kəndə Çaykənd Qaradağlısı deyilirdi. Qaradağlı ən böyük Azərbaycan obalarından birinin adıdır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. XX əsrin 60-cı illərinədək Qərbi Azərbaycan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
İsa MUSAYEV