Kəndin adı Osmanlı türkcəsində Əriş formasındadır. Türk dillərində arış "Tayfanın, (elin) yolu" sözündəndir.
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Arış kəndi şanlı Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 15-də işğaldan azad olunub.
Tahirə AĞAMİRZƏ