21.11.2024, 23:49
AZ EN
17.06.2023, 08:41 181

Ağdam rayonu, Əliağalı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsinə daxil olan Əliağalı kəndi 1930-cu ilə qədər Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Kənd rayon mərkəzindən 30 km şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Kənd 12 iyun 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə kəndi işğaldan azad etmişdir.

İsa Musayev

Oxşar xəbərlər