Füzuli rayonunun Qarğabazar kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Qarğabazar kəndində XVII əsrə aid məscid, XVIII əsrə aid türbə, XIX əsrə aid Cəlil türbəsi, Şah Abbas karvansarası, XVII əsrə aid karvansara və 1683-1684-cü illərə aid Şah Abbas məscidi olub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Qarğabazar kəndi şanlı Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 20-də işğaldan azad olunub.
İşğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edilir.