Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kəndi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ vilayətindən gəlmiş ailələrin Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Bu kənd Köndələnçayın sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. 1992-ci ildə erməni işğalı ilə əlaqədar olaraq kənd Aknaxbür adlandırılmışdır. 7 noyabr 2020-ci ildə kənd Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa Musayev