01.12.2024, 20:49
AZ EN
22.05.2023, 14:56 247

Xocavənd rayonunun tarixi abidələri, Müqəddəs Qriqoris kilsəsi

QARABAĞ

Müqəddəs Qriqoris kilsəsi Azərbaycan Respublikası, Xocavənd rayonunun Zavadıq kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kilsə XVII əsrdə yaxınlıqdakı Kiş kəndindən olan arxiyepiskop Barseq Kişeçinin nəzarəti ilə Katalikos 4-cü Petrosun sifarişi əsasında inşa olunmuşdur. Abidə üzərindəki kitabədən məlum olur ki, kilsə Amaras monastırı qardaşlığının yay iqamətgahı kimi istifadə olunmuşdur. İlkin memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmış kilsə dörd pilonlu günbəzli bazilika formasına malikdir. Tağtavanlı örtüyə malik üçnefli ibadət zalı 19,24 m uzunluq, 13,63 m en və 8 metr hündürlükdədir. Tağtavan və onu örtən ikitərəfli dam, dörd pilon və onları birləşdirən tağlar üzərində dayanır. SSRİ dövründə kilsə anbar kimi istifadə edilmişdir. Ona görə də kilsənin altar hissəsi dağıdılmışdır.

İsa Musayev

Oxşar xəbərlər