Azərbaycan Respublikasının Xocavənd rayonunun Ağkənd kəndi əvvəllər Spitakşen adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Spitakşen kəndi Ağkənd kəndi adlandırılmışdır. 1828-ci ildə İranın Xoy əyalətindən gəlmə ermənilər burada məskunlaşandan sonra kəndin adını dəyişdirərək Spitakşen qoyulmuşdur. Gəncə, Şuşa qəzalarında, Zəngilan rayonunda da Ağkənd adlı kəndlər var. Keçən əsrdə Qərbi Azərbaycan ərazisində Ağkənd adlı 6 kənd olmuşdur.
İsa Musayev