UNEC Multikulturalizmi Mərkəzinin rəhbəri Məhəbbət Paşayeva:
-Əlbəttə, nəinki “Ağ xaç” kilsəsində, ümumiyyətlə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində bizim alban isrinə aid çox zəngin maddi-mənəvi abidələrimiz var. Bu abidələr də bizim qeydə alınmış 144 alban dövrünə aid abidəmiz olsa da, əslində qeydə alınmamış daha çox abidə var. Çünki sovet dövründə burda Azərbaycan alimlərinin tədqiqat aparmasına cox ciddi maeələr törədilib. Artıq bu gün bizim üçün çox geniş imkanlar yaranıb və iki əsrdən bəri ilk dəfədir ki, Azərbaycan alimləri burda obyektiv tədqiqatlar aparmaq imkanı qazanacaqlar. Ona görə də alban kilsələrində, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki kilsələrdə albanşünas alimlər, tədqiqatçılar geniş araşdırmalar aparacaqlar.
30 ilə yaxın işğal dövründə Qarabağda İslam dininə aid 67 məsciddən 65 tamamilə məhv olunsa da, vaxtilə albanlara məxsus dini abidələrin əksəriyyətinin ilkin arxitekturasına xeyli dəyişiklik edilib, tikililər üzərində olan və tarixin sübutu kimi qiymətləndirilən memarlıq elementləri və epiraf nümunələri ermənilər tərəfindən dağıdılıb. Əvəzində isə bi tikililərin memarlıq planlarında, divarlarında tarixi-dini irsin guya ermənilərə aid olması haqqında saxta informasiyalar yayılıb.
30 il müddətində Qarabağda yerləşən terrorçular tərəfindən müxtəlif ərazilərdə olan məscidlər, türbələr, ziyarətgahlar, həmçinin kilsələr tamamilə dağıdılıb və baxımsız vəziyyətdə qalıb. Hazırda isə Qarabağda yenidənqurma işləri başlayıb və bütün şəhər və qəsəbələrdə, kəndlərdə abadlıq-quruculuq və bərpa işləri həyata keçirilir və eyni zamanda bununla yanaşı, məscidlər, türbələr, kilsələr təmir və bərpa olunaraq öz sahiblərinə qaytarılacaq.
Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari İTV-yə açıqlamasında bildirib ki, kilsə muzey kimi fəaliyyət göstərəcək. Prezidentimizin tapşırığı əsasında həm dövlətimiz tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən onlar hamısı yenidən bərpa olunacaq. Bu isə bizim üçün çox sevindirici haldır.
İşğal dövründə törətdikləri əməllərə görə cəzasız qalmalarına arxayın olan terrorçular albaniyanın bütün mirasını, son kitabələrini, xaç daşlarını və s. burdan daşımağa müvəffəq oldular. Amma Azərbaycanın ərazisindəki kilsə və monasrtır, alban abidələri əslində tariximizin maddi irsidir. Bütün bunların araşdırılması isə abidələr haqqında yeni məlumatlar, yeni faktlar ortaya çıxarmağa imkan verəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ