Yuxarı Quşçular kəndinin tarixi XIX əsrdə buraya yerləşən əhali ilə başlayır. Onlar Tovuz rayonu ərazisindən köçüb gəlmişlər. Həmin əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. 1986-cı il əhalinin siyahıyaalınmasının nəticəsinə görə kənd sakinlərinin sayı 280 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yuxarı Quşçular kəndi Malıbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçular kənd Soveti yaradılmışdır.
İsa Musayev