21.11.2024, 23:59
AZ EN
28.04.2023, 17:59 232

Ağdam rayonunun tarixi abidələri, Çalağantəpə yaşayış yeri

QARABAĞ

Çalağantəpədə aparılan tədqiqatlar zamanı müxtəlif yaşayış və təsərrüfat tikililərinin qalıqları, həmçinin qəbirlər aşkar edilmişdir. Yaşayış evləri dairəvi formalı olub çiy kərpicdən inşa edilmişdir. Tədqiqat zamanı müxtəlif əmək alətləri, o cümlədən sümük toxa, obsidian və çaxmaq daşından hazırlanmış oraq dişləri, deşici və cilalayıcı alətlər də aşkar olunmuşdur. Buradan çoxlu daş və sümükişləmə, dulusçuluq və s. maddi mədəniyyət qalıqları tapılmışdır. Çalağantəpədən tapılmış ağac kömürünün radiokarbon üsulu ilə analizi yaşayış yerinin e.ə. V minilliyin 1-ci yarısına eksponatlarının ən qədimini təşkil edir. Buradakı qəbirlərdən daş, sümük, firuzə və mis muncuqlar, sədəfdən hazırlanmış bəzəklər də tapılmışdır.

İsa Musayev

Oxşar xəbərlər