Kavakavəng kilsəsi Azərbaycan Respublikasının Xocavənd rayonunun Zoğalbulaq kəndi ərazisində inşa edilmişdir. Bu tarix-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Təpənin zirvəsində, gözəl düzənliklə əhatə olunmuş kilsə vaxtilə böyük monastır kompleksinin mərkəzi olmuşdur. Üçnefli bazilika formasında olan kilsə 12.8 x 9.8 metr ölçülərə malikdir. Kilsəni digər abidələrdən fərqləndirən yeganə xüsusiyyəti, onun qərb portalıdır. Portal ağ daşlardan hazırlanmış və qeyri-adi naxışlarla bəzədilmiş kəmərlə çərçivələnmişdir. Kilsənin solğun qərb fasadında effektiv şəkildə fərqlənən kəmər, güclü işıq-kölgə kontrastı yaradır.
İsa Musayev