21.11.2024, 23:26
AZ EN
21.04.2023, 11:57 228

Ağdam rayonu, Çəmənli kəndi

QARABAĞ

Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndi türkdilli xələclərin çəmənli tirəsinin adını əks etdirir. XIX əsrin ortalarında 59 ailədən ibarət, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olmuş çəmənlilər sonralar oturaq həyat keçirərək bu ərazidə Qara Çəmənli, Aşağı Çəmənli, Yuxarı Çəmənli kəndlərinin əsasını qoymuşlar. Çəmənlidə Orduqayalı, Nurular, Balağışlar, Sarı Hüseynli, Böyük qışlaq, Sarı Hacılı, Zülfülər, Çuxur məhlə adlı məhlələr öz adını qoruyub saxlamışdır.

Seyid Lazım Ağa bu kənddə dəfn olunmuşdur. Burada Seyid Lazım Ağanın məqbərəsi ucaldılmışdır.

İsa Musayev

Oxşar xəbərlər