Hacı Ələkbər məscidi Füzuli şəhərində inşa edilmişdir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə "Memar Kərbalayı Səfixan Qarabağinin işidir" - sözləri yazılmışdır. Kitabədə həmçinin məscidin tikilmə tarixi də - hicri tarixi ilə 1307-ci il göstərmişdir. Məscidin döşəməsi Qarabağ xalça palazı ilə bəzədilmişdir. Xeyirxah işlərinə hörmət əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrdən birincisinin qənşərində dəfn etmişdir.
1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür.
İsa Musayev