Müqəddəs Yelisey monastırı qədim tarix-memarlıq abidəsidir. Monastır yüksək dağlıq ərazidə inşa edilmişdir. Kompleksin yeganə kilsəsi kitabələrdə Müqəddəs Yelisey kilsəsi adlandırılmışdır. Kilsə son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir. Abidənin divarları daxildən əhəng məhlulu ilə üzlənmiş olsa da örtük dövrümüzə yalnız divarın bəzi hissələrində çatmışdır.
İsa Musayev