21.11.2024, 18:35
AZ EN
17.03.2024, 09:33 335

Füzuli rayonu, Merdinli kəndi

QARABAĞ
  • Füzuli rayonunun Qaraxanbəyli inzibati-ərazi vahidliyində olan Merdinli kəndi  Köndələnçayın sahilində, düzənlikdə yerləşir. Bəzi mənbələrdə kəndi merdinli nəslinə mənsub ailələr saldığına görə hamin nəslin adı ilə adlandırılması vurğulanır.

Kənd təsərrüfatı-əkinçilik və maldarlıq əhalinin əsas məşğuliyyəti idi.

Tədqiqatçıların fikrincə, Merdinli kəndinin 1750-ci ilə qədərki adı Qarabulaq olmuşdur. Digər bir mülahizəyə görə Qarabağ xanı Pənahəli xan Şuşa qalasını inşa edərkən Qarabag kəndlərinin hamısına qalanın tikintisi uçun bir dəvə göndərməyi əmr etmişdir. Qarabulaq kəndinin yeddi təpə kurqanları da həmin ərazidədir.

Pənahəli xan bu kəndə mərdünlü (yəni, mərd səsli) adı vermiş, Şuşa qalası tikildikdən sonra da bu şəhərin 17 məhəlləsindən biri Mərdünlü adlandırılmışdır.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Kənd 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər