Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kəndi eyniadlı çayın sahilində, dağətəyi ərazidə yerləşir. Belə bir məlumata əsasən yaşayış məntəqəsini XIX əsrin ortalarında keçmiş Qaradağ kəndindən köçmüş dörd ailə salmışdır. Onlar ağacdan çanaq qablar düzəldib satmaqla məşğul olduqları üçün onlar çanaqçı adlanmışlar. Qərbi Azərbaycanın Ararat rayonundakı Sovetaşen kəndinin adı 1948-ci ilə qədər Çanaqçı olmuşdur. Ötən əsrə aid yazılı mənbələrdə Daşkəsən rayonunun Zinzahal inzibati ərazi vahidində Çanaqçı adlı kənd mövcud olmuşdur. Kənd 2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa Musayev