Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan Ballıca kəndi Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylaq yeri olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışlar. Ermənilər kəndin adını dəyişdirərək Ayqestan qoymuşlar.
İsa Musayev