Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində olan Xaçmaç kəndi Qarabağ silsiləsinin ətəyindədir. Bu yaşayış məntəqəsi Bərgüşaddan və Zəngəzurda dağıdılmış Köhnə Kotuk kəndindən çıxmış erməni ailələrinin Xacmac adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə toponim bu ərazidə mövcud olan sütun üzərində xaç ormalı daşların olması ilə bağlı yaranmışdır.
İsa Musayev