22.01.2026, 14:22
AZ EN
18.06.2023, 09:54 420

Ağdam rayonu, Gül Baharlı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsinə daxil olan Gül Baharlı kəndi rayon mərkəzindən 20 km şimal-şərqdə, Qarabağ düzündədir. Kənddə yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Əhalinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur. 29 may 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindəki II Baharlı kəndi Gül Baharlı kəndi adlandırılmışdır. Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.

İsa Musayev

Oxşar xəbərlər