22.11.2024, 08:48
AZ EN
30.04.2022, 10:05 370

Ağdam rayonunun Əlimədətli kəndi

QARABAĞ
  • AZƏRTAC Ağdam rayonunun Əlimədətli kəndindən işğalın nəticələrini əks etdirən fotoşəkillər yayıb. Kənd 1993-cü il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunub, 20 noyabr 2020-ci ildə işğaldan azad edilib.

Əlimədədli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir; Ağdam rayonunun Əliağalı kəndi ilə qonşudur. 1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

İşğala qədərki dövrdə Əlimədədli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi; Xaçınçay su anbarı da bu kəndin ərazisindədir. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Əlimədədli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.

2006-cı ilin siyahıya alınma məlumatına görə, Əlimədədli kəndinin əhalisi 1069 nəfərdir. İşğala qədərki dövrdə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub. Əslən Əlimədədli kəndindən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında Əlimədədli camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib. Əlimədədlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR