Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kəndi dağətəyi ərazidə yerləşir. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilinə tərcümədə almalı) qoyulmuşdur. Sovet hakimiyyəti illərində bu adla rəsmiləndirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndziristan kəndi Almalı kəndi adlandırılmışdır.
İsa Musayev