Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kəndi rayon mərkəzindən 15 km-lik məsafədədir. XIX əsrin əvvəllərinə aid məlumata görə Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimi qeyd olunmuşdur. XX əsrin əvvəllərində bu maldar el məskunlaşmış, Əfətli adlı üç kənd - Əfətli-Müqəddəmbəy, Əfətli-Böyükbəy və Əfətli-Əgri-Yataq yaranmışdır.
Toponim türkmənşəli Avest tayfasının adından yaranmışdır. Gürcüstanda Abatxevi, Cənubi Qafqazda Avat adları ilə mənşəcə eynidir.
İsa Musayev