Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən Müharibəsindən sonra baş verən hadisələri İctimai Televiziyada təhlil edərkən deyib.
O vurğulayıb ki, bunu açıq-aydın biz görürdük və nədə görürdük? Yeni silahların alınmasında, üçtərəfli bəyanata əməl edilməməsində, onun bir çox bəndləri var idi ki, ermənilər ona əməl etməmişdilər və əməl etmək niyyətləri də yox idi: “Eyni zamanda yeni səngərlərin qazılması və hesab edirəm, burda Rusiya amili də ciddi rol oynayırdı, yəni sülhməramlı qüvvələrin ora gəlməsi və ermənilərə açıq-aydın dəstək verməsi, humanitar yardım adı altında orda bir sıra layihələrin həyata keçirilməsi Ermənistanda belə bir arxayınlıq yaratmışdı ki, artıq müharibə dayandı və Azərbaycan növbəti dəfə hansısa bir əməliyyat keçirməyəcək. Əslində bizim planımız vardı ki, 2020-ci ildə Xankəndinə daxil olmaq, amma biz gözlədik ki, bəlkə, bir neçə il ərzində Ermənistanla danışıqlar apararaq bir razılığa gələ bilərik. Amma ermənilər bunu etmədilər. Qeyd etdiyimiz kimi nəinki bunu, indi biz o dövrə baxanda atəşkəsin davamlı pozulması, Azərbaycan təyyarələrinin naviqasiya sistemlərinə davamlı müdaxilə edilməsi, eyni zamanda minaların basdırılması, sonrakı dövrdə biz Sarıbaba və digər yüksəkliklərdə müharibədən sonra Ermənistanda istehsal olunmuş minaların basdırılmasının şahidi olduq. Ümumiyətlə, seçkilərin orda keçirilməsi, yəni qondarma rejimin yenidən prezident seçkiləri keçirməsi, Paşinyanın da onlara təbrik ünvanlaması, (bunu cənab Prezident dəfələrlə vurğulayıb), onlarda bir arxayınlıq yaratmışdı. Amma təbii ki, Azərbaycan da dura bilməzdi. Çünki biz uzun müddət gözləyə bilməzdik ki, onlar yenidən güclənsinlər. Söhbət bir milyard ətrafında silahdan gedir, Qarabağda olan silahdan gedir. Onlar yenidən ora silah daşısınlar, yenidən atəşkəs pozsunlar və Azərbaycana qarşı yenidən müharibə elan etsinlər. Ancaq Azərbaycan bunu etdi və mən hesab edirəm ki, Ermənistan indiki dövrdə də həmin baş verən hadisələrdən nəticə çıxartmalıdır. Əslində 2020-ci ildə nəticə çıxartmadı”
Millət vəkili daha sonra vurğulayıb ki, Azərbaycan 2023-cü ildə antiterror əməliyyatlarını uğurla icra etdik: “Bilirsiniz ki, indi Zəngəzur dəhlizi məsələsi var və mənim gördüyüm odur ki, həm də burda bir paralel aparanda, bu gün Ermənistanın etdiyi bir il bundan əvvəlki proseslərə çox bənzəyir. Yəni yenidən silah almaq, yenidən texnika almaq, yenidən Azərbaycana qarşı hansısa ittihamları səsləndirmə, düşünürəm ki, Ermənistan bu tarixləri yaxşı xatırlamalıdır. Biz cənab Prezidentin rəhbərliyi ilə, bilirsiniz, indi biz bunu çox qeyd edirik, son iki yüz, üç yüz illik tariximizdə biz bölgəmizdə erməni məsələsinə nöqtə qoyduq. Yəni bu məsələni kökündən həll etdik”,- deyə millət vəkili əlavə edib.
Tahirə AĞAMİRZƏ