Ekspert bildirib ki, çünki orda qalan heyətin yeyəcək, içəcək, hətta humanitar yüklər olsa belə, bunun bir hissəsi Azərbayana qarşı əlində silah mübarizə aparan xunta rejimin silahlılarına da paylanılacaq:“Ona görə də belə bir yüklərin daşınması əslində həmin silahlıların ərazimizdən çıxarılması və maliyyələşdirilməsinin dayandırılmasından sonra mümkün ola bilər. Həm də bunun üçün Azərbaycan dəfələrlə alternativ variant olaraq, Ağdam-Xankəndi yolunu təklif edib. Bildiyimiz kimi, hazırda həmin yoldan da tırlardan istifadə edə bilərlər. Onlar Laçından Xankəndinə deyil, Ağdama gətirə bilərlər həmi yükləri. Bildiyimiz kimi, Ağdam-Füzuli yolu real bir vəziyyətdədir. Füzuli-Şuşa və digər rayonlara Füzulidən kifayət qədər yol infrastrukturumuz mövcuddur. Nədənsə humanitar yüklərin gətirilməsi üçün sırf Laçın yolunun seçilməsi Azərbaycana qarşı psixoloji bir təzyiq vasitəsinə çevrilməyə çalışılır”. Ə.Verdiyev sonra qeyd edib ki, təəssüflər olsun ki, Avropa İttifaqının missiyasının rəhbəri Markus Ritter də bu siyasi şouda çox yaxından iştirak edir və o, Ermənistan mediasına bir müsahibə də vermişdir. Maraqlı olan odur ki, müshibəni alandan sonra Markusun adını soruşurdular, yəni bilmirdilər Markus kimdir. Müsahibəni alıb qurtarandan sonra erməni müxbir ondan soruşur ki, adınız nədir. Baxın, necə bir “nömrələr”, şoular göstərməyə başlayıblar. Bu, təbii ki, heç nəyi dəyişməz. Bizim tələblərimiz konkretdir: ”İlk növbədə, erməni silahlıları ərazidən çıxarılmalıdır. Azərbaycanın təklif etdiyi variantlar, yolar, marşrutlardan istifadə olunmalıdır. Heç bir halda kiminsə təzyiqi ilə Azərbaycan öz prioritetlərindən geri addım atmayacaq. Həmin yolu biz vaxtilə rusların nəzarətinə vermişdik müvəqqəti də olsa və həmin yoldan bizim ərazilərimizə çoxsayda silahlar, daşınmışdı, minalar, texnikalar daşınmışdı. Amma əfsuslar olsun ki, bu yol iki il yarıma yaxın bir müddət ərzində rusların nəzarətində olmasına baxmayaraq, birgə bəyanatın şərtlərində göstərilən tələblər, o cümlədən erməni silahlılarının ərazimizdən tərksilah edilərək çıxarılması, azərbaycanlı əhalinin doğma yurd-yuvalarına qaytarılması, Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi kimi birgə bəyanatın mühüm bəndləri qətiyyətlə yerinə yetirilməmişdir. Belə olan halda, təbii ki, Azərbaycan da Ermənistanla arasındakı Laçın keçid-sərhəd məntəqəsini aprelin 23-dən quraşdırdı və bu yol Ermənistanla Azərbaycan arasında hnsısa bir yükdaşımlar üçün bu gün nəzərdə tutulmur. Bu yükdaşımaların nəzərdə tutlması üçün, gələcəkdə davamlı olması üçün biz mümkün variantı təklif etmişik. Həmin yolda qətiyyən aşırımlar, sərt döngələr, yüksək dağlıq ərazidə mövcud olan döngələr və s. mövcud deyil. Üstəgəl, Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu xətti də aktivdi. O Azərbaycanın istənilən digər rayonları ilə birbaşa əlaqəsi mövcuddur. Ona görə də humanitar yüklərin daşınması birmənalı olaraq Ağdam-Xankəndi yolu ilə həyata keçirilməlidir. Digər tərəfdən isə Ağdam rayonu ərazisində Azərbaycanın razılığı ilə yerləşdirilən Türkiyə-Rusiya birgə monitorinq mərkəzi var. Hesab edirəm ki, bu yüklərin daşınmasında monitorinqin iştirakı mümkün ola bilər. Yüklərin paylanması və s. çatdırılmasında biz arxayın olmalıyıq ki, bu yüklər bizə qarşı, döyüş əməliyyatlatlarında iştirak edən bizim əsgərimizə güllə atan, ona qarşı silah çevirən erməni silahlılarına çatdırılmayacaq. Bundan biz tam əmin olmalıyıq. Digər ölkələrin, Avropa İttifaqının, eləcə də digər ölkələrin səfirlərinin də bitməkdə olan oyuna qoşulması, bir daha onu göstərir ki, Ermənistan növbəti təxribatçı addımları ilə yüksək tonnajlı yük maşınlarını sərhədə toplamaqla, toqquşma görüntüsü və ya toqquşma şəraiti yaratmaqla dünyaya hay-küy salmağa hazırlaşır. Amma heç bir halda Azərbaycan dövləti belə bir fəaliyyətlərin inkişafına yol verməyəcək. Bundan ötrü dövlət-sərhəd xidmətinin əraziyə yaxınlıqda kifayət qədər ciddi sayda şəxsi heyəti və texnikası cəmləşib. Xatırladıram ki, Laçın rayonu ərazisində Azərbaycan ilə Ermənistan arasında dövlət şərti sərhədinin qorunmasında hazırda Azərbaycan Ordusunun bir birliyi, ən azından bir birliyi iştirak edir və həmin birliyin də yeni yaranan komando hissələri də əraziyə çox yaxın bir məsafədə yerləşiblər və onlar da təbii ki, baş verən prosesləri yaxından izləyirlər. Əraziyə yaxın və orta uzaq məsafədə yerləşən qüvvələrimiz hamısı səfərbər vəziyyətdədir. İstənilən düşmən təxribatının qarşısı qətiyyətlə alınacaq. Sərhədimizə yaxınlaşan istənilən şəxs, onun tır sürücüsü və ya digər kim olduğu bizi maraqlandırmır. Bu şəxslər sərhədimizi pozmağa cəhd edərlərsə, onlar yəqin ki, alınlarında bir deşiklə mükafatlandırılacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ