15.06.2025, 23:21
AZ EN
17.04.2023, 15:00 309

Natəvanın özbək dilində əsərləri Özbəkistanda təqdim edilib

XƏBƏRLƏR
  • Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Özbəkistanda keçirilən "Şuşa günləri" çərçivəsində Daşkənddəki Turan Kitabxanasında Xurşidbanu Natəvanın əsərlərinin özbək dilində nəşrinin təqdimatı keçirilib. Bu barədə “Xalq qəzeti” məlumat verib. 

Tədbiri giriş sözü ilə açan kitabxana­nın direktoru, Özbəkistanın Fəxri Mədəniy­yət işçisi Dildora Abduazizova Şuşa günləri tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib. AMM-nin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa günləri” təd­birləri haqqında məlumat verib, Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Şuşaya dair la­yihələrin keçiriləcəyini vurğulayıb. 

Özbəkistan Yazıçılar İttifaqının sədr müa­vini, Xalq şairi Qayrat Məcid, tərcüməçi-şair Şaxlo Qasımova, yazıçı-publisist, Xurşidba­nu Natəvan haqqında sənədli filmin müəllifi Ülviyyə Heydərova 2021-ci ildə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə iki əsr öncə Şuşa­da fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisinin özbək və azərbaycanlı şairlərin iştirakı ilə bərpa edilməsi və Şuşa­da hər iki ölkə şairlərinin iştirakı ilə baş tutan poeziya məclisinə dair təəssüratlarını bölüş­müşlər. 

Özbəkistan Ali Məclisinin deputatı, Öz­bəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə ara­sında ölkə başçılarının uğurlu siyasəti ilə inkişaf edən əlaqələrdən danışıb, mədəni əlaqələrin tərəqqisindən məmnunluğunu ifa­də edib. Azərbaycan Milli Məclisinin deputa­tı, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova Azərbaycan–Özbəkistan dostluğu­nun tarixindən, dövlət başçılarının görüşləri barədə danışaraq, iki ölkə parlamentləri ara­sında yüksək səviyyəli əlaqələr barədə mə­lumat verib. 

Sonda Günay Əfəndiyeva qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edib.

“Xurşidga yetar boshim” adlı kitab Turan Kitabxanasına və tədbir iştirakçılarına hədiy­yə edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR