Bunu Qərbi Azərbaycan İcmasının qadınlar şurasının sədri, deputat Məlahət İbrahimqızı “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı keçirilən sərgidə deyib.
O bildirib ki, sərgidə nümayiş olunan xalçalar Qərbi azərbaycanlıların könüllü formada təqdim etdiyi nümunələrdir:
"Burada Azərbaycanın çox gözəl xalçaları sərgilənir. Sərgiyə Qərbi Azərbaycandan olan dəyərli xanımlarımız neçə illərdir göz bəbəyi kimi qoruduğu xalçaları təqdim ediblər. Bunların hər biri əvəzsiz əsərlərdir. Nümayiş olunan iki xalça isə mənimdir. Böyük məmnuniyyətlə muzeyə bəxş etməyə hazıram. Bu gün buradakı xalça sərgisi Qərbi Azərbaycanda toplanmış xalçalardan ibarətdir və ən qədimləri seçilərək nümayiş olunur". (Report)