27.01.2026, 19:38
AZ EN
16.01.2026, 15:57 241

Bakıda I Beynəlxalq Simpozium keçiriləcək

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən bir sıra beynəlxalq elmi tədbirlərin təşkili də nəzərdə tutulur. Bakı şəhərində 16-17 aprel tarixlərində “İpək Yolu, bu yol üzərindəki türk xalqlarının tarixi, mədəniyyəti və incəsənəti” adlı I Beynəlxalq Simpoziumu da yubiley çərçivəsində keçiriləcək tədbirlərdən biridir.

I Beynəlxalq Simpoziumun əsas məqsədi, İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının tarixini və mədəniyyətini tanıtmaq, İpək Yolu vasitəsilə Türk xalqlarının mədəniyyətinə təsir edən tarixi, sosial-iqtisadi və siyasi amilləri öyrənmək, Türk xalqlarının tarixi abidə və yerlərinin tanıdılması, qorunması və təbliğinə dair müzakirələr aparmaq, İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının üzləşdiyi soyqırımı, deportasiya və repressiyaları araşdırmaq və bu mövzuların beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək, alim və tədqiqatçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq qurmaqdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər