14.01.2026, 22:35
AZ EN
14.01.2026, 16:10 171

Qarabağdakı tarixi abidələr yenidən qurulur

XƏBƏRLƏR
  • Birinci və İkinci Qarabağ müharibələri zamanı ermənilər təkcə insanlara və təbiətə deyil,  həm də Azərbaycan xalqının çoxəsrlik tarixi-memarlıq abidələrinə qarşı vandalizm aktları törədib.

“Vətən səsi” xəbər verir ki, işğal dövründə Qarabağın məqbərələri, sarayları, muzeyləri də daxil olmaqla saysız-hesabsız tarixi-mədəni abidələri qismən və ya tamamilə dağıdılıb. Qarabağ xan sarayı, Xan qızı Natəvanın sarayı, Hacı Quluların mülkü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Üzeyir Hacıbəyovun heykəli, Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi, Ağdam Cümə məscidi, Çörək muzeyi, İmarət tarixi-memarlıq muzeyi, “Çay evi”, Pənahəli xanın və Mehdiqulu xanın məqbərələrinin işğaldan sonrakı qalıqları erməni vəhşiliyinin bariz nümunələridir. Hətta məscidlərdə bəşəri dəyərlərə yaraşmayan vəhşilik törədilmiş, bəzi ibadət ocaqlarından tövlə kimi istifadə edilmişdi. Xudafərin körpüsü, Kəlbəcərdəki Gəncəsər və Xudavəng monastrları, Füzulidəki dünyaca məşhur Azıx mağarası və Qarabağın digər ərazilərində yerləşən maddi mədəniyyət abidələri də ciddi ziyan çəkib.

Erməni xislətinə xas vəhşiliyinin nəticəsində xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzura aid tarixi torpaqlarımız Vətən müharibəsi və cəmi bir gün davam edən antiterror tədbirləri nəticəsində yağı düşməndən xilas edildi. Hərbi əməliyyatlar başa çatandan dərhal sonra Ali Baş Komandanın rəhbərliyi altında şəhid və qazilərin canı-qanı bahasına işğaldan azad olunmuş Qarabağda bərpa-quruculuq işlərinə başlanıldı. Hazırda hər iki bölgədə şəhər və kəndlər yenidən qurulur, 30 ildən artıq məcburi köçkün həyatı yaşayan soydaşlarımız tədricən ata-baba yurduna qayıdır. Qarabağa qayıdış həm də Azərbaycanın qədim tarixini özündə əks etdirən maddi mədəniyyət abidələrinin yenidən qurulmasında özünü göstərir. Artıq ölkəmizin mədəniyyət beşiyi sayılan Şuşada və qonşu Xankəndi şəhərində, eləcə də işğaldan azad edilmiş digər ərazilərdə yerləşən tarixi-mədəni abidələrin bir qismi əsaslı şəkildıə yenidən qurularaq əvvəlki görkəminə qayıdıb. Şuşada Molla Pənah Vaqifin məqbərəsi və Bülbülün ev muzeyi kimi...

Röya SALMANQIZI

Oxşar xəbərlər