Bu sözləri TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiyalarının 8-ci Dövrünün sədri, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfrans dünyanın hər yerində insanlığın mədəni və təbii mirasının qorunmasının lazım olduğu vəziyyətlərdə hamının bir araya gələrək hərəkət etməsinin vacibliyini göstərir.
“2023-cü ildə Şuşada Azərbaycanın TÜRKSOY-a üzv ölkələr üzrə Milli Komissiyalarına sədrliyi ilə bağlı toplantı keçiriləcək. Həmin toplantıda TÜRKSOY-a üzv ölkələrin Milli komissiyalarına sədrlik Azərbaycana keçəcək. Şuşanın tarixi zənginlikləri, əhəmiyyəti və təhrif olunan irsi ilə yanaşı, bütün Qarabağın və digər rayonların keçmiş günlərinə qayıtması üçün əlimizdən gələn köməyi göstərəcəyik. Bu, Azərbaycana olduğu qədər, insanlığa da xidmət olacaqdır”, - deyə Öcal Oğuz qeyd edib. (AZƏRTAC)