23.12.2024, 17:50
AZ EN
12.12.2024, 13:53 184

Reza Deqati Azərbaycan həqiqətlərini əks etdirən fotolarını Mərakeşdə nümayiş etdirir

XƏBƏRLƏR
  • Mərakeşin paytaxtı Rabatın Milli Fotoqrafiya Muzeyində məşhur fotoqraf Reza Deqatinin “Müasir Odisey” adlı sərgisi açılıb.

Sərgidə 20 foto və 5 kitab nümayiş olunur. Qonaqlar burada foto sənəti dünyasının heyrətamiz nümunələrini yaxından kəşf edə bilirlər. Bu nümunələr o qədər təsirlidir ki, sanki dilə gəlib şəhidlərin qanı ilə yazılmış tarixin dərinliklərinə toxunan duyğulu hekayələr danışırlar.

Sərgidə R.Deqatinin Azərbaycanın azad olunmuş torpaqlarından, eləcə də Şirvanşahlar sarayı, Xınalıqdan çəkilmiş fotoları yer alır. Ağbirçək bir ananın itkisinə ağısını əks etdirən “Fəryad” adlı foto, eləcə də “Yanan ev”, “Güllələnmiş heykəl” fotoları xalqımızın üzləşdiyi faciələr haqqında sərgi iştirakçılarında təsəvvür yaradır. Hər bir şəklin arxasında bir hekayə var. Bunu dünyaşöhrətli fotoqrafın əsərlərində daha aydın görmək olur. R.Deqati bu hekayələri sərgi ziyarətçilərinə çatdırmağa çalışır. Fotoqrafın obyektivinə tuş gəlmiş üzlərdəki emosiyalar, sarsıntılar müxtəlif insan taleləri haqqında dolğun təsəvvürlər yaradır.

Sərgi gələn il iyunun 30-dək davam edəcək. Sərginin açılışında Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov iştirak edib. (AZƏRTAC)

Oxşar xəbərlər