Bunu Milli Məclisin deputatı Zahid Oruc “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatı mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan mətbəxi milli kimliyin və mədəni irsin daşıyıcısıdır:
"Bu kitab təkcə bir regionun yaşam tərzini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşın bərpası, azərbaycanlıların əsrlərlə yaşadığı tarixi yurd yerlərinin mənəvi-mədəni xəritəsinin yenidən yaradılması deməkdir. Tədqiqatçılar soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərdən və müxtəlif qaynaqlardan ibarət ensiklopediya yaradıblar".
Deputat qeyd edib ki, Vətən müharibəsi savaşa son qoyub, lakin Ermənistan-Azərbaycan qastronomiya cəbhəsində tam və qəti nəticə əldə edilməyib.
"Azərbaycan milli mətbəxini oğurlamaq ermənilərin ərazi və torpaq iddiaları qədər olub", - o vurğulayıb. (Report)