Bu sözləri məxsusi açıqlamasında dünyaşöhrətli fotoqraf Reza Deqati deyib.
R.Deqati qeyd edib ki, festivalda müzakirə edilən mövzular bir çox sahələr üçün mühüm əhəmiyyət kəsb edir.
"Azərbaycan dünyada öz mədəniyyəti ilə nə qədər çox tanınsa, bir o qədər yaxşıdır. Belə olduqda, dünya xalqları Azərbaycana mədəniyyət gözü ilə baxacaqlar. Azərbaycanın qədim köklərə malik mədəniyyətini bütün dünyaya nümayiş etdirməliyik", - deyə o əlavə edib. (AZƏRTAC)