28.02.2026, 16:52
AZ EN
28.02.2026, 09:00 112

“44 gün - Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı olub

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyi və Respublika “Xatirə Kitabı” Redaksiyası Milli Kitabxanasında Bakı şəhərinin Nəsimi, Nizami, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Pirallahı, Qaradağ, Səbail və Nərimanov rayonları üzrə “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı keçirilib.

Redaksiyadan bildirilib ki, bu cilddə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.

Bildirilib ki, Respublika “Xatirə Kitabı” müxtəlif dövrlərdə Azərbaycanın üzləşdiyi faciə və müharibələrdə həlak olmuş, itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımız, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında materialların toplanması və nəşri istiqamətində fəaliyyət göstərir. Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə araşdırmalar apararaq dörd cilddən (iki dildə) ibarət nəşr hazırlayıb.

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 4 cilddə kitab çap etdirib. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır. (AZƏRTAC)

Oxşar xəbərlər